AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxı–Kələxana avtomobil yolunda 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları tərəfindən işlər davam etdirilir

  • + A
  • - A
  • Bu gün, 10:24

    Şamaxı–Kələxana avtomobil yolunda 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları tərəfindən  işlər davam etdirilir

    Şamaxıda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir. Bu çərçivədə Şamaxı–Kələxana avtomobil yolunda cari təmir işlərinə start verilib.

    Görülən işlərin əsas məqsədi yolun istismar vəziyyətini yaxşılaşdırmaq, hərəkətin təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
    Təmir prosesi çərçivəsində əraziyə cəlb olunan AAYDA-nın 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları tərəfindən yolboyu təmizləmə işləri həyata keçirilir. Yol kənarlarının alaq otlarından, tullantılardan və müxtəlif maneələrdən təmizlənməsi, suötürücü qurğuların işlək vəziyyətə gətirilməsi istiqamətində tədbirlər görülür.
    Qurumdan AzadMedia.az-a verilən məlumata görə, təmir işləri mərhələli şəkildə davam etdiriləcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR