07 may 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı rayon sakinlərinin müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlər ətraflı şəkildə araşdırılıb.
İlk müraciət Türkoba kənd sakini tərəfindən səsləndirilib. Vətəndaş həyatyanı torpaq sahəsinə su kanalının çəkilməsi ilə bağlı lazımi dəstəyin göstərilməsini xahiş edib.
Daha sonra Miyənkü kənd sakini şikayət xarakterli müraciətlə çıxış edərək qarşılaşdığı problemin həllində köməklik göstərilməsini rayon rəhbərindən xahiş edib.
Növbəti müraciət Sığdaş kənd sakinindən daxil olub. Vətəndaş torpaq məsələsi ilə bağlı yaranmış problemin aradan qaldırılması üçün müraciət edib.
Viləş kənd sakini isə qaz təchizatı ilə yanaşı, məşğulluq məsələsi ilə bağlı dəstək göstərilməsini xahiş edib.
Qəbul zamanı digər vətəndaşların da müxtəlif məzmunlu müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlərin araşdırılması və həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Rayon rəhbəri Araz Əhmədov vətəndaş müraciətlərinə həssas yanaşmanın daim diqqət mərkəzində saxlanıldığını bildirərək, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.