AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda çoxmənzilli yaşayış binalarının həyətinə döşənmiş yeni asfalt örtüyünə baxış keçirilib

  • + A
  • - A
  • Bu gün, 22:00

    Masallıda çoxmənzilli yaşayış binalarının həyətinə döşənmiş yeni asfalt örtüyünə baxış keçirilib

    Masallıda çoxmənzilli yaşayış binalarının həyətinə döşənmiş yeni asfalt örtüyünə baxış keçirilib

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binalarının həyətində aparılmış asfaltlaşdırma işləri ilə yerində tanış olub.

    Təbdirdə rayon rəhbəri ilə yanaşı başçının müavini-şöbə müdiri Adəm Məhərrəmov, aparatın sektor müdiri Qəşəm Hadıyev, RİH başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, müavfiq təşkilatların nümayəndələri və şəhər sakinləri iştirak etmişlər.

    Baxış zamanı rayon rəhbərinə görülmüş işlərin gedişi və keyfiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, həyata keçirilən abadlıq işləri çərçivəsində həyətə yeni asfalt örtüyü döşənərək sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb.

    Araz Əhmədov görülən işlərin keyfiyyətlə icra olunmasının vacibliyini vurğulayaraq, şəhərin abadlaşdırılması və yaşayış məhəllələrinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlərin ardıcıl davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

    Sakinlər də həyətin asfaltlaşdırılmasını yüksək qiymətləndirərək yaradılan şəraitə görə Ölkə Başçısı Cənab İlham Əliyevə, rayon rəhbərliyinə və görülən işlərdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR