AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda ətraf mühitin qorunması ilə bağlı maarifləndirici lövhələr quraşdırılıb

  • + A
  • - A
  • Bu gün, 17:44

    Masallıda ətraf mühitin qorunması ilə bağlı maarifləndirici lövhələr quraşdırılıb

    Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ərazilərində ətraf mühitin mühafizəsi, təmizliyə riayət olunması və məişət tullantılarının qeyri-qanuni şəkildə atılmasının qarşısının alınması məqsədilə xəbərdaredici və maarifləndirici lövhələr quraşdırılıb.

    Tədbirlər çərçivəsində rayonun 20-yə yaxın kənd və yaşayış məntəqələrində, eləcə də əsas magistral yollar boyunca müxtəlif məzmunlu maarifləndirici lövhələr quraşdırılıb.

    Lövhələr Təzə Alvadı , Köhnə Alvadı, Bambaşı, Çaxırlı, Şərəfə, Musaküçə, Göyəçöl, Sərçuvar, Təzəkənd, Mahmudavar, Türkoba, Bədalan, Qızılavar, Qəriblər, Yusifli kəndlərində və Ərkivan qəsəbəsi ərazisində yerləşdirilib.

    Aksiyanın əsas məqsədi vətəndaşlar tərəfindən ekoloji mühitin qorunması, yaşayış məntəqələrinin və yol kənarlarının təmiz saxlanılması, məişət tullantılarının ətraf ərazilərə atılmasının qarşısının alınması və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR