AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kiberdələduzluq hallarına qarşı diqqətli olaq!

  • + A
  • - A
  • Bu gün, 14:42

    Kiberdələduzluq hallarına qarşı diqqətli olaq!

    Kiber üsullarla törədilən oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da genişləndirilməsi, bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silsilə tədbirlər təşkil edilib.

    Dələduzların hədəfinə çevrilməmək üçün riayət edilməli məqamlar vətəndaşların diqqətinə çatdırılıb:

    📱 Tanımadığınız zəngə inanmayın, şübhəli mesaja cavab verməyin.

    🔗 Şübhəli linklərə keçid etməyin.

    🔐 Kart məlumatlarınızı və OTP kodunuzu heç kimlə paylaşmayın!

    🏦 Bank əməliyyatlarını yalnız rəsmi tətbiq və saytlardan həyata keçirin.

    🛒 “Həddən artıq sərfəli” təkliflərə aldanmayın, alış-verişdə etibarlı platformalara üstünlük verin.

    🚨 Şübhəli halla rastlaşdıqda vaxt itirmədən banka və polisə məlumat verin!

    Unutmayın: Bir anlıq diqqətsizlik — ciddi itkiyə səbəb ola bilər!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR