AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallının peşəkar voleybol qurucularından biri, Əməkdar məşqçi Süfəddin Məmmədovun doğum günüdür - FOTO

  • + A
  • - A
  • 13-12-2022, 18:24

    Masallının peşəkar voleybol qurucularından biri, Əməkdar məşqçi Süfəddin Məmmədovun doğum günüdür - FOTO


    12 dekabr Masallıda peşəkar voleybolun qurucularından biri, Əməkdar məşqçi Süfəddin Pərviz oğlu Məmmədovun doğum günüdür. Bu münasibətlə Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi başda idarənin rəisi Sabiq müəllim olmaqla Süfəddin müəllimi təbrik edir ona uzun ömür can salığı arzu edir.

    Həyat yolu:
    Süfəddin Pərviz oğlu Məmmədov 12 dekabr 1955-ci ildə Masallı rayonun Türkoba kəndində anadan olub. 1972- ci ildə Türkoba kənd tam orta məktəbini bitirib və 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunub.1974-1976-ci il tarixlərində ordu sıralarında xidmət edib.1977-ci ildə texnikumu bitirərək bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnib. Elə həmin ildən Masallı rayonunda həm “Məhsul” Kənd Könüllü Həmkralar Təşkilatı İdman Cəmiyyətində təlimatçı- metodist, həm də Türkoba kənd tam orta məktəbində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərib. Süfəddində idmana marağı və həvəsi uzun müddət Türkoba kəndi, S.M.Kirov adına savxozda təlimatçı-metodist işləyən atası Pərviz Məmmədov və müəllimi Güləhməd Əbilov yaradıblar.
    O, ilkin dövürlərdə həm futbol, həm də voleybol idman növləri ilə məşğul olurdu. Amma zaman keçdikcə voleybola olan marağı və sevgisi üstün gəldi və gələcək fəaliyyətində bu idman növünü seçdi.

    Təlimatçı və müəllim işləyə-işləyə voleybolla ciddi məşğul olmağı davam etdirərək, Masallı rayonun birincilikləri və turnirlərində dəfələrlə qalib olub, rayonun yığma komandasının heyətində çıxış edərək 1979-cu ildə Azərbaycanın VI spartakiadasının qalibi və dəfələrlə Respublika çempionu və mükafatçısı olub.
    O, həmin vaxtlar voleybolun inkişafında əvəzsiz xidmətləri olan ümumittifaq dərəcəli hakim, Respublikanın Əməkdar məşqçisi Rafiq Rəsulovla birlikdə məşqçisi olduğu Masallının kişilərdən ibarət voleybol komandası Respublikanın yüksək liqasında çıxış edərək 2007-ci ildə bürünc, 2009-cu ildə isə gümüş mükafatların sahibi olmuşdular.

    Süfəddin müəllimin təlimatçı-metodist işləyərkən rəhbərlik etdiyim S. M. Kirov adına savxozun komandaları ilboyu keçirilən idman yarışlarının yekun nəticələrinə görə I yeri tutduğu üçün 1982-ci ildə Respublika üzrə o, ”İlin ən yaxşı təlimatçı- metodisti” seçilib. 1999-cu ildə tərkibində çıxış etdiyi Masallının kişilərdən ibarət voleybol üzrə yığma komandası Respublika birinciliyi yarışlarında II yer tutmuş və 2000- ci ildə isə bu komanda I yeri tutaraq ”Əsrin çempionu”olmuşdu. Bu əlbəttə, Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərin idmançılarına qalib gəlib, respublika çempionu olmaqla çox böyük qələbə idi.

    1995-ci ildən savxoz təsərrüfatlarının fəaliyyətinə xitam verildiyi üçün təlimatçi- metodist ştatı ləğv edildikdən sonra Süfəddin Məmmədov elə həmin ildən “Təhsil” Respublika İdman Mərkəzi Masallı RTŞ-nin Uşaq-Gənclər İdman Məktəbində ikinci iş yeri kimi məşqçi-müəllim və Türkoba kənd tam orta məktəbində bədən tərbiyəsi müəllimi işləyir. 05 mart 2010-cu ildə idmanın inkişafında uzun müddət səmərəli fəaliyyətimə və yetirmələrinin Respublika yarış və turnirlərində, o cümlədən beynəlxalq yarışlarında Respublikamızı təmsil edərək uğurlar qazandıqlarina görə Azərbaycan Respublikası Gənclər –İdman Nazirliyi tərəfindən Süfəddin Məmmədov voleybol üzrə Respublikanın Əməkdar məşqçisi fəxri adına layiq görülüb. Bu, onun əməyinə verilən çox layiqli qiymət idi.
    Masallı Rayon Təhsil Şöbəsinin Uşaq Gənclər İdman Mərkəzinin gənclərdən ibarət yığma voleybol komandası 2002, 2003, 2005, 2007-ci illər ərzində Respublika çempionu, 2002, 2004, 2006-ci illərdə yeniyetmələrin III, IV,V Respublika oyunlarının çempionu 2003-2005 illərdə idman məktəblərinin II Respublika oyunlarının final oyunlarının çempionu, 2009-cu ildə 1997-1998-cu il təvəllüdlü yeniyetmələr arasında Respublika birinciliyinin çempionu, 2010-cu ildə Masallının Gənclərdən ibarət yığma komandası Respublika çempionu, 2011-ci ildə yeniyetmələrinVII idman oyunlarının çempionu, 2014-cü ildə Respublika oyunlarının final mərhələsinin çempionu, 2015-ci ildə Ümumtəhsil məktəblərinin VIII spartakiadasının çempionu, 2016-ci ildə gənclərdən ibarət yığma komandaların çempionu, 2018-ci ildə Gənclər və İdman Nazirliyinin birincilik yarışlarının çempionu olub. Bax bu mötəbər yarışlarda Masallı komandasının belə böyük uğurlar qazanmasındı əllbəttə, Süfəddin Məmmədovun bir məşqçi kimi xidmətləri əvəzsizdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR