19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi payız işlərinə start verib

Şamaxı rayonu "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti  tərəfindən Şamaxı rayonu Seyid Əzim Şirvani küçəsində yolun dağılmış hissəsində  təmir işləri aparır.
Qurumdan AzadMedia.az-a verilən məlumata görə, yola qrabil tökülür, hamarlanır. Əsasən yolun  kələ-kötür və dağılmış hissəsi yenidən bərpa olunur. 
Uzun müddət idi ki, yolda çalalar əmələ gəlmişdi. Bu da avtomobillərin hərəkətinə maneə yaradırdı. Yağış yağdıqda piyadalar palçıqlı yolda çətinliklə hərəkət edirdilər. Artıq bu problemlər aradan qaldırılır.
Adıçəkilən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları tərəfindən yola çınqıl tökülür və texnika ilə hamarlanır.
Yaxın günlərdə yol tam istifadəyə veriləcək
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
