AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nobel sülh mükafatı Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya verildi

  • + A
  • - A
  • Bu gün, 15:08

    Nobel sülh mükafatı Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya verildi

    Maria Maçado qəddar diktaturaya qarşı mübarizədə son illər önə çıxmış cəsur siyasətçidir. Maduro rejimi onu 2024-cü il prezident seçkilərinə buraxmadı. Maçadonun dəstəklədiyi namizəd, diplomat Edmundo Qonzalez seçkiləri əslində qazansa da, Maduro saxta rəqəmlərlə özünü yenidən prezident elan etdi. Seçkidən sonra keçirilən etiraz aksiyaları zamanı Maria Maçado oğurlanaraq bir müddət girov saxlanılmışdı.

    Tramp gəldikdən sonra ABŞ Nikolas Maduronu narkoterrorizmdə ittiham edərək onun yaxalanması üçün təyin olunan məbləği iki dəfə artırıb və 50 milyon dollara qaldırıb. ABŞ hökumətinin məlumatına görə, Nikolas Maduro narkotrafiklə məşğul olan "Cartel de los Soles" (Günəş karteli) adlanan qruplaşmanın lideridir. ABŞ hərbi donanması son aylar Karib hövzəsində narkotik daşıyan gəmilərə zərbələr endirir.

    Prinsipcə, Tramp mükafatın Venesuela müxalifət liderinə verilməsinə etiraz etməməlidir. Bir il sonrakı mükafatın laureatı olmaq üçün Trampın şansı var.
    Məqalə Şahin Cəfərlinin sosial media hesabındandır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR