Azərbaycan Radioloqlar Cəmiyyətinin V Beynəlxalq Konfransı keçirilib.
TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov Azərbaycan Radioloqlar Cəmiyyətinin V Beynəlxalq Konfransında çıxış edib.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində radioloji xidmətlərin yenidən təşkili istiqamətində görülən işlərdən bəhs edən P.Əkbərov bildirib ki, mövcud infrastrukturun müasirləşdirilməsi, qabaqcıl tibbi texnologiyaların tətbiqi və əhalinin diaqnostik xidmətlərə əlçatanlığının artırılması əsas hədəflərdən biri olub və bu gün də həmin siyasət dəyişməz qalır:
“Bu gün rahatlıqla deyə bilərəm ki, ölkəmizdə radioloji xidmətlərinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib, əhalinin bu xidmətlərə çıxış imkanları artırılıb, diaqnostik proseslərin effektivliyi yüksəldilib və göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunluğu təmin edilib”.
Bakı şəhəri, eləcə də regionlar üzrə radioloji xidmətlərin yenilənməsindən söz açan P.Əkbərov qeyd edib ki, bu proses mərhələli şəkildə digər tibb müəssisələrində də icra olunacaq.
Qeyd edək ki, Azərbaycan Radioloqlar Cəmiyyətinin V Beynəlxalq Elmi-Praktiki Konfransında radiologiya sahəsindəki son yeniliklər, innovativ texnologiyalar və müasir tibbi avadanlıqların imkanları təqdim edilib.
“Visiting Professorship Programme” çərçivəsində European School of Radiology (ESOR) ilə əməkdaşlıq əsasında əzələ-skelet sistemi radiologiyasına dair mühazirələr və praktiki sessiyalar təqdim olunub.
Eyni zamanda tədbirdə Sinqapur, ABŞ, Türkiyə, Qazaxıstan, Belçika, İtaliya, Avstriya və Çindən dəvət olunan professorların iştirakı ilə geniş elmi proqram həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.