Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin oğlu Ahmet Tatlıses barəsində məhkəmədən uzaqlaşdırma qərarı alınıb.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Belə ki, İzmirdə keçirilən məhkəmə prosesində İbrahim Tatlısesin tələbi əsasında oğula atasına yaxınlaşmağı qadağan edən qərar çıxarılıb. İzmir 2-ci Ailə Məhkəməsinin qərarına əsasən, A. Tatlıses atasına 3 kilometrdən artıq məsafəyə yaxınlaşa bilməyəcək. Qərarın pozulması halında təhlükəsizlik qüvvələri dərhal müdaxilə edəcək.
Məhkəmə həmçinin oğul Tatlısesə elektron qolbaq taxılması barədə qərar verib. Bu sistem vasitəsilə oğul atasına yaxınlaşarsa, hüquq-mühafizə orqanları dərhal məlumatlandırılacaq. İbrahim Tatlısəs prokurorluğa müraciətində oğlunun onu təhdid etdiyini və təhlükəsizlik narahatlığı keçirdiyini bildirib.
Qeyd edək ki, ata-oğul arasında yaranan münaqişənin əsas səbəbi sərvət bölgüsü ilə bağlıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.