Ermənistanda ailələrin sosial rifahını artırmaq məqsədilə yeni maliyyə dəstək paketi qəbul edilib. Qanuna əsasən, 2026-cı il yanvarın 2-dən etibarən ölkədə yeni doğulan hər uşaq üçün valideynlərə birdəfəlik 2223 manat (təxminən 1300 dollar) məbləğində yardım veriləcək. Bundan əlavə, uşağın 6 yaşına qədər aylıq 221 manat məbləğində müavinət ödəniləcək.
Bu qərarın məqsədi hökumət tərəfindən ailələrin iqtisadi yükünü azaltmaq, doğum səviyyəsini artırmaq və uşaqların sağlam böyüməsini təmin etmək kimi izah olunur.
Azərbaycanla müqayisədə isə fərq xeyli böyükdür. Hazırda Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinət 500 manat, uşaqlara görə aylıq müavinət isə yalnız müəyyən sosial kateqoriyalara – aztəminatlı ailələrə və ya sosial müavinət alanlara şamil olunur.
Ekspertlərin fikrincə, Ermənistanın yeni təşəbbüsü regionda demoqrafik siyasət baxımından rəqabət yaradır. Azərbaycan isə son illər ailə və uşaq rifahının artırılması istiqamətində müxtəlif sosial proqramlar həyata keçirsə də, uşaq müavinətləri sisteminin yenilənməsi məsələsi cəmiyyətin gündəmində qalmaqda davam edir.
Ermənistanın yeni sosial paketi ailələrə həm birdəfəlik, həm də uzunmüddətli maliyyə təminatı verir, Azərbaycan isə bu istiqamətdə islahatların dərinləşdirilməsini planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.