AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ Universitetində Vətən müharibəsi qaziləri ilə tələbələrin görüşü gənclərin yaddaşında dərin iz buraxdı – FOTO

  • + A
  • - A
  • Bu gün, 12:27

    Qarabağ Universitetində Vətən müharibəsi qaziləri ilə tələbələrin görüşü gənclərin yaddaşında dərin iz buraxdı – FOTO

    Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində Vətən müharibəsi qaziləri ilə tələbələrin görüşü keçirildi.

    Azadmedia.az xəbər verir ki, tədbirdə Agentliyin tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilən, yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilən Vətən müharibəsi qəhrəmanları – Cavid Behbudov, Vüsal Şabanov, Ülvi Salayev, Bəkir Əsgərzadə və hərbi həkim Namiq Seyfəddinli iştirak ediblər.
    Görüş zamanı qazilər Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolları barədə xatirələrini bölüşüblər. Onlar torpaqlarımızın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlardan, döyüş meydanında yaşadıqları sınaqlardan və müharibədən sonra keçdikləri bərpa mərhələsindən danışıblar. Qazilər həmçinin sosial və psixoloji reabilitasiya prosesində əldə etdikləri təcrübələri tələbələrlə paylaşaraq, həyata baxışlarının dəyişdiyini, milli ruhun və dövlətə sədaqətin insanın ən böyük dayaq nöqtəsi olduğunu vurğulayıblar.

    Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov çıxışında qazilərin fədakarlığı və mübarizə əzmini yüksək qiymətləndirib. O bildirib ki, bu cür görüşlər təkcə məlumat xarakteri daşımır, həm də gənclərin milli-mənəvi tərbiyəsində mühüm rol oynayır:

    “Qazilərimiz gənclər üçün real qəhrəmanlıq nümunəsidir. Onların yaşadıqları vətən sevgisi, qüruru və mübarizə ruhu hər bir tələbənin yaddaşında ömürlük iz buraxır. Bu görüşlər gənclərdə Vətənə bağlılığı, dövlətçilik dəyərlərinə sadiqliyi daha da gücləndirir.”


    Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Bahadur Rzayev isə çıxışında postmüharibə dövründə qazilərin sosial müdafiəsi, onların reabilitasiya və protezlərlə təminatı istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, dövlət qazilərin sağlamlığının bərpası və cəmiyyətə inteqrasiyası üçün bütün lazımi şəraiti yaradıb.

    Görüş zamanı tələbələr qazilərə müxtəlif suallar ünvanlayıb, onlarla səmimi söhbətlər aparıblar. Gənclər qeyd ediblər ki, qazilərlə ünsiyyət onlarda həm qürur hissi, həm də Vətənə xidmət arzusunu daha da artırıb.

    Sonda tədbir iştirakçıları belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb. Qazilərin döyüş xatirələri və həyat hekayələri Qarabağ Universitetinin tələbələri üçün bir dərs, bir ilham mənbəyi kimi yadda qalıb.



















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR