AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazim Eynallı: Tarixi qələbəmiz qəhrəmanlıq salnaməmizdir

  • + A
  • - A
  • Dünən, 20:18

    Nazim Eynallı: Tarixi qələbəmiz  qəhrəmanlıq salnaməmizdir

    Nazim Eynallı
    19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəisi


    8 Noyabr Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış şanlı bir gündür. Bu gün 30 il davam edən işğala son qoyulmasının, ədalətin bərpasının və xalqımızın birliyinin simvoludur. Zəfər Günü həm də xalqımızın dövlətinə, ordusuna və Ali Baş Komandanına olan etimadının, inamının təntənəsidir.

    1988-ci ildə başlayan Qarabağ hadisələri azərbaycanlıların həyatına böyük faciələr gətirdi. Ermənilərin əsassız “dənizdən dənizə Ermənistan” ideyası nəticəsində yüzlərlə kənd və şəhər viran edildi, on minlərlə günahsız insan qətlə yetirildi, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal altındakı ərazilər dağıdıldı, tarixi abidələr məhv edildi, təbiətə və mədəni irsimizə böyük zərbə vuruldu.

    İllər boyu işğal altındakı torpaqların azad edilməsi dövlət siyasətinin əsas hədəfi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti məqsədyönlü və prinsipial siyasət yürüdərək həm diplomatik müstəvidə, həm də hərbi sahədə böyük uğurlar qazandı. Ordu quruculuğu daim diqqət mərkəzində saxlanıldı, müasir silahlarla təchiz olunan, vətənpərvər ruhda böyüyən Azərbaycan əsgəri düşmən üzərində qələbəyə hazırlandı.

    2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, birliyini və qətiyyətini dünyaya göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarix yazdı, torpaqlarımızı mərdliklə azad etdi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə müharibə qələbə ilə başa çatdı. Bu tarixi hadisə Zəfər Gününün əbədi simvoluna çevrildi.

    Zəfər Günü yalnız keçmişin qələbəsini deyil, gələcəyin inamını da ifadə edir. Bu gün Azərbaycan xalqı öz dövlətinə daha güclü inamla baxır. Şəhidlərimizin qanı bahasına qazanılan bu qələbə əbədi yaddaşımızda qalacaq və hər birimizi Vətənə sədaqətlə xidmət etməyə çağıracaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR