AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Növbəti “Bir Peşənin Sirri” festivalı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi

  • + A
  • - A
  • Bu gün, 15:16

    Növbəti “Bir Peşənin Sirri” festivalı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi

    Peşə təhsilinin əhəmiyyətinin artırılması, gənclərin bu sahəyə marağının təşviqi və əmək bazarının tələblərinə uyğun bacarıqların təbliği məqsədilə “Bir Peşənin Sirri” festivalı bu dəfə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.
    Açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Simnar Mamedov çıxış edərək festivalın əsas məqsədləri, peşə təhsilində həyata keçirilən islahatlar və gənclərin bu sahədə rolundan danışıb.
    Rəsmi hissədə həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Gənclər Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev çıxış ediblər.
    Çıxışlarda peşə təhsili müəssisələrinin əmək bazarına uyğunlaşdırılması, işəgötürənlərlə əməkdaşlıq imkanları, həmçinin gənclərin innovativ və praktik bacarıqlarının artırılması istiqamətində görülən işlər vurğulanıb.
    Açılışdan sonra festival rəsmi olaraq elan edilib. Rəsmi qonaqlar və iştirakçılar festival ərazisinə baxış keçirərək tələbələrin əl işləri, ixtisas sərgiləri və müxtəlif ustad dərsləri ilə tanış olublar.
    Günün proqramı çərçivəsində ziyarətçilər üçün peşəkar ustad dərsləri və praktik təlimlər, maarifləndirici sessiyalar və karyera məsləhəti, oyunlar, viktorinalar və STEAM təqdimatları, eləcə də tələbələrin iştirakı ilə bədii kompozisiyalar və müxtəlif ixtisasaslar üzrə nümayişlər təşkil olunub.
    Qeyd edək ki, “Bir Peşənin Sirri” festivalı peşə təhsilinin cəmiyyət arasında nüfuzunun artırılması, gənclərin ixtisas seçimində məlumatlılığının gücləndirilməsi və innovativ yanaşmaların təbliği baxımından əhəmiyyətli platformadır.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR