AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadınların iqtisadi fəallığının artırılması məqsədilə təlim keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 15-11-2025, 22:12

    Qadınların iqtisadi fəallığının artırılması məqsədilə təlim keçirildi - FOTOLAR

    D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” adlı layihəni həyata keçirir.

    QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində icra olunur.

    Layihənin icra müddəti: 3 ay

    Layihə Lerik rayonu, Bibiyanı kəndində həyata keçirilir.

    1. Layihənin ümumi və spesifik məqsədləri
    Ümumi məqsəd:
    Regional turizmin inkişafına dəstək vermək.

    Spesifik məqsədlər:
    a) Bibiyanı kəndində turizm yönümlü fəaliyyətlərlə məşğul olan qadınların ehtiyaclarının müəyyənləşdirilməsi və maarifləndirilməsi yolu ilə onlara dəstək verilməsi (monitorinq mərhələsində qadınların ehtiyacları dəqiqləşdiriləcək).
    b) Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatları və vergi qanunvericiliyi barədə qadınların məlumatlandırılması.
    c) Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatlarının koordinasiyası üçün “Koordinasiya Qrupu”nun yaradılması.
    d) Bibiyanı turistik kəndində turist qəbul edən evlər barədə qısa məlumat və fotolardan ibarət bukletin hazırlanması və yayılması.

    Qadınlar üçün hər biri 10 nəfərlik olmaqla 5 təlim təşkil ediləcək.
    Təlim mövzuları:

    Qadın liderliyi, qadın haqları və bu hüquqların müdafiə mexanizmləri

    Vergi qanunvericiliyi və turizm sahəsində maarifləndirmə (qonaqpərvərlik təlimi)

    Turizm təsərrüfatı ilə məşğul olan ailələrlə təcrübə mübadiləsi

    “Koordinasiya Qrupu”nun yaradılması

    Bibiyanı və ətraf ərazilərin görməli yerlərini əks etdirən bukletin hazırlanması

    Sonuncu – 5-ci tədbir haqqında məlumat
    Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin son – 5-ci tədbiri 2025-ci il 7 noyabr tarixində, Lerik rayonunun Bibiyanı kəndində, kənd sakini Alçagül xanım Vahabovanın evində keçirildi. Tədbirdə 10 nəfər qadın iştirak edirdi.

    Tədbiri layihənin ekspertləri Nabat Qəniyeva və Dilarə Əfəndiyeva aparırdılar.
    Tədbiri ekspert Nabat Qəniyeva açaraq donor, cəmiyyət və layihə barədə məlumat verdi. Daha sonra qadın haqları və bu hüquqların müdafiə mexanizmləri haqqında məlumat təqdim olundu.

    Dövlət qadın siyasəti, qanunvericilikdə qadınlara verilən hüquqlar və güzəştlər barədə geniş müzakirələr aparıldı. Beynəlxalq konvensiyalar, o cümlədən CEDAW haqqında məlumat verildi.

    Qadın liderliyi və qonaq qarşılama mövzuları xüsusilə maraq doğurdu. Görüş zamanı turizm sahəsində uğur qazanmış qadın sahibkarların hekayələri təqdim olundu, layihələrin idarə edilməsi, marketinq və turistlərlə ünsiyyət mövzularında praktik tövsiyələr verildi.

    Qadınlara “Koordinasiya Qrupu”nun məqsədi və gələcək fəaliyyət istiqamətləri izah edildi. Qrupda könüllü fəaliyyət göstərmək istəyənlərin siyahısı hazırlandı.

    Eyni zamanda qadınlara başa salındı ki, turizm fəaliyyətində iştirak yalnız evdə turist qəbul etməkdən ibarət deyil – yerli mətbəx, əl işləri, bələdçilik və digər xidmətlər də turizm fəaliyyətinə daxildir.
    Qadınlara bildirildi ki: “İş yerləri yoxdur” deməyin, çünki iş yerlərini məhz siz yarada bilərsiniz. Onlara həm özləri, həm də başqaları üçün məşğulluq imkanlarını necə formalaşdıra biləcəkləri izah edildi.
    Layihənin əsas məqsədi
    Kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial imkanlarını genişləndirmək, onların turizm sahəsində iştirakını artırmaq və yerli turizm xidmətlərinin inkişafına şərait yaratmaqdır.

    Tədbir iştirakçıları qeyd etdilər ki, kənd turizmi davamlı inkişaf, gəlir mənbəyi və mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə qadınlar bu prosesdə əsas hərəkətverici qüvvə ola bilərlər – qonaq evləri, milli mətbəx, əl sənətləri və digər sahələrdə öz təşəbbüslərini reallaşdırmaq imkanına malikdirlər.

    Tədbirin sonunda 4 qadın Koordinasiya Qrupuna üzv oldu.
    Tədbir zamanı foto və video çəkilişlər aparıldı, iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

    Fotolar









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR