Deputat: "Qarqarçayın üzərində kiçik su anbarı inşa edilsin"

Ağdam rayonunun işğal altında olmamış 43 kəndinin əhalisinin xahişi nəzərə alınaraq yaxşı olardı ki, həmin ərazidəki Qarqarçayın üzərində kiçik su anbarı inşa edilsin.
Bunu deputat Bəxtiyar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Orada yağış və sel sularının toplanması sakinlərin əkin sahələrinin suvarılması ilə bağlı problemini aradan qaldırardı", - deyə o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.