AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMTM tərəfindən mina problemi ilə bağlı hesabat dərc edilib

  • + A
  • - A
  • Bu gün, 11:05

    BMTM tərəfindən mina problemi ilə bağlı hesabat dərc edilib

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən “Azad olunmuş ərazilərdə mina problemləri ilə mübarizə” sərlövhəli hesabat dərc edilib. ( https://aircenter.az/uploads/9rXuEADmWLon.pdf )
    Hesabat BMTM ekspertlərinin ADA Universiteti ilə birgə əməkdaşlığı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə hazırlanıb.

    Bu tədqiqat Azərbaycanın hazırkı minatəmizləmə siyasətini Bosniya və Herseqovina ilə Mozambikin təcrübələri əsasında müqayisəli şəkildə təhlil edir. Tədqiqatın əsas hədəfi maliyyə, logistika və siyasi xarakterli maneələri aradan qaldırmaq məqsədilə tətbiq oluna biləcək strategiyaları müəyyənləşdirməkdir.

    Məqsəd Azərbaycanın minatəmizləmə əməliyyatlarını sürətləndirməsi, siyasət çərçivələrini təkmilləşdirməsi və beynəlxalq təşkilatlarla daha effektiv tərəfdaşlıqlar qurması üçün konseptual çərçivə təqdim etməkdir.
    Tədqiqat metodologiyası mövcud elmi ədəbiyyatın ümumi icmalına əsaslanır, sahə üzrə aidiyyatı qurumların rəsmiləri ilə aparılan müsahibələri əhatə edir. Mina fəaliyyəti ilə bağlı mövcud hesabatlar, beynəlxalq hüquqi sənədlər araşdırılıb, ANAMA-nın rüblük hesabatları və Mine Action Review tərəfindən təqdim edilən məlumatlara da istinad edilib.

    Hesabatın birinci bölməsində Azərbaycanda mina probleminin tarixinə nəzər salınır.
    İkinci bölmədə minatəmizləmə fəaliyyətləri sahəsində Azərbaycanın üzləşdiyi çətinliklərdən və bu kontekstdə Ermənistanın beynəlxalq humanitar hüquq çərçivəsində daşıdığı məsuliyyətdən bəhs olunur.

    Üçüncü bölmədə Azərbaycanın mina fəaliyyəti üzrə gələcək addımlarına dair tövsiyələr qeyd edilib. Burada mina risklərinə dair maarifləndirmə siyasətinin təkmilləşdirilməsi üçün ANAMA-nın təcrübələri və beynəlxalq nümunələr əsasında təkliflər təqdim olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR