AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özəl tibb müəssisələrinə müraciətlər artdı — Agentlik 302 milyon manatdan çox vəsait ödədi

  • + A
  • - A
  • Bu gün, 16:11

    Özəl tibb müəssisələrinə müraciətlər artdı — Agentlik 302 milyon     manatdan çox vəsait ödədi

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri A.Əhmədova bildirib ki, özəl tibb müəssisələri üzrə statistik göstəricilər xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, özəl sektor həm tibbi xidmətə çıxışı genişləndirir, həm də vətəndaşlara daha geniş seçim imkanı yaradır.

    Hazırda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən çoxdur. Bu siyahıya Bakı ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir.

    A.Əhmədovanın açıqlamasına əsasən, bu ilin ilk 8 ayında özəl tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb. Bu dinamika vətəndaşların özəl sektorda da sığorta xidmətlərindən aktiv şəkildə faydalandığını göstərir. Müraciətlərin əsas hissəsi invaziv radioloji xidmətlər, oftalmoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsi, uroloji və ümumi cərrahiyyə üzrə əməliyyatlar olub.

    Hesabat dövründə özəl tibb müəssisələrində göstərilən xidmətlərin müqabilində Agentlik tərəfindən ümumilikdə 302 milyon manatdan çox vəsait ödənilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR