AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcbari tibbi sığortada “Pozitiv siyahı” formalaşdırılır – Dərman təminatında yeni qaydalar

  • + A
  • - A
  • Bu gün, 16:15

    İcbari tibbi sığortada “Pozitiv siyahı” formalaşdırılır – Dərman təminatında yeni qaydalar

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi Aynurə Əhmədova bildirib ki, əhalinin dərman təminatını yaxşılaşdırmaq və tibbi sığorta sisteminin maliyyə dayanıqlığını artırmaq məqsədilə Nazirlər Kabineti tərəfindən yeni qaydalar təsdiq edilib. Qaydalar dərmanların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması üçün meyarları müəyyən edir və həm sistemin idarə olunmasını, həm də vətəndaşların dərmanlara çıxış imkanlarını genişləndirir.

    Ən vacib yeniliklərdən biri “Pozitiv siyahı”nın formalaşdırılmasıdır. Bu siyahı icbari tibbi sığorta hesabına ödəniləcək dərman vasitələrinin rəsmi siyahısı olacaq və hazırda ilkin mərhələsi hazırlanır. Siyahıya daxil edilən bütün dərmanlar barədə məlumat – təsiredici maddə, dozalar, kompensasiya faizləri – Agentliyin rəsmi saytında yerləşdiriləcək.

    Aynurə Əhmədovanın sözlərinə görə, ilk mərhələdə siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan, qan təzyiqini tənzimləyən dərmanlar daxil edilib. Bu preparatların dəyəri tam və ya qismən sığorta fondu tərəfindən qarşılanacaq.

    Dərmanların siyahıya salınması üçün əsas meyarlar da müəyyənləşdirilib. Belə ki, dərman dövlət reyestrində qeydiyyatda olmalı, keyfiyyət, təhlükəsizlik və effektivlik tələblərinə cavab verməli, qiyməti dövlət tərəfindən tənzimlənməli və sığorta fondunun maliyyə imkanlarına uyğun gəlməlidir.

    Təyinat mexanizmi olaraq elektron resept sistemi seçilib və bu sistemin Agentliyin məlumat bazası ilə inteqrasiyası istiqamətində texniki işlər davam etdirilir.

    Sığorta hesabına qarşılanan dərmanlar yalnız Agentliklə müqaviləsi olan özəl apteklərdən veriləcək. Bu apteklər xüsusi loqo ilə işarələnəcək ki, vətəndaşlar onları rahat şəkildə tanıya bilsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR