AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB ölkə üzrə ixtisaslı tibbi xidmətlərin genişləndirilməsi istiqamətində yeni hədəfləri açıqladı

  • + A
  • - A
  • Bu gün, 18:35

    TƏBİB ölkə üzrə ixtisaslı tibbi xidmətlərin genişləndirilməsi istiqamətində yeni hədəfləri açıqladı

    Bu gün Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva “TƏBİB tabeli tibb müəssisələrində müasir imkanlar” mövzusunda geniş təqdimatla çıxış edib. O, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində tətbiq olunan müasir tibbi prosedurlar, xidmətlərin tətbiq miqyası və gələcək inkişaf istiqamətləri barədə məlumat verib.

    Müasir oftalmoloji əməliyyatlar və yeni hədəflərdən danışan N.Mustafayeva bildirib ki, artıq bir sıra region tibb müəssisələrində FAKO üsulu ilə katarakta əməliyyatları, DSR (gözyaşı kanalı tıxanıqlığı) əməliyyatı, Avastin inyeksiyası və digər müasir oftalmoloji prosedurlar müvəffəqiyyətlə icra olunur. Onun sözlərinə görə, bu sahədə xidmətin keyfiyyətinin artırılması və regionlarda oftalmoloji xidmətlərin daha geniş çeşiddə təqdim olunması istiqamətində işlər görülür.

    Gələcək hədəflər arasında vitroretinal cərrahiyyənin tətbiqi, refraktiv cərrahiyyə üzrə mərkəzin yaradılması, həmçinin tibb müəssisələrinin daha müasir avadanlıqlarla təmin edilməsi dayanır.

    Təqdimat zamanı iştirakçılara ürək mərkəzləri, endoprotezləşdirmə mərkəzləri, hemodializ xidmətinin təşkili barədə məlumat verilib. Eyni zamanda dövlət proqramları çərçivəsində İxtioz və bullyoz epidermoliz, hemofiliya və dağınıq skleroz xəstələrinin dərman təminatı ilə bağlı görülən işlər diqqətə çatdırılıb.

    Mustafayeva qeyd edib ki, TƏBİB üçün əsas prioritet istiqamətlərdən biri ana və uşaq sağlamlığıdır. Bu məqsədlə doğuşayardım xidmətinin mövcud vəziyyəti, dərman təminatı və müasir tibbi avadanlıqlarla təminat barədə media nümayəndələrinə ətraflı məlumat verilib.

    Təqdimatda “Yeni Klinika”da icra olunmağa başlayan orqan transplantasiyası əməliyyatları, TAQİ (aortal qapağın endovaskulyar dəyişdirilməsi) proseduru və robotik reabilitasiya imkanları haqqında geniş məlumat təqdim edilib.

    N.Mustafayeva həmçinin təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin mövcud vəziyyəti, briqada və ambulans sayı, gündəlik çağırış statistikasını mediaya açıqlayıb. Xidmətin təkmilləşdirilməsi üçün nəzərdə tutulan tədbirlər barədə də planlar təqdim olunub.

    Tədbirin sonunda TƏBİB tabeli tibb müəssisələrində xidmətin təşkili ilə yanaşı, tibbi xidmət zamanı infeksion təhlükəsizlik və keyfiyyətə nəzarət təlimatlarına əməl olunmasının vacibliyi vurğulanıb. Tibb müəssisələrində tətbiq edilən müvafiq təlimatların adları media nümayəndələrinin diqqətinə çatdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR