AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcbari tibbi sığortada göndəriş sistemi sadələşdirilir - Vətəndaş istədiyi özəl klinikanı seçə bilər

  • + A
  • - A
  • Bu gün, 22:06

    İcbari tibbi sığortada göndəriş sistemi sadələşdirilir - Vətəndaş istədiyi özəl klinikanı seçə bilər

    Gəncədə media nümayəndələri üçün keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov göndəriş sisteminin düzgün işləməsinin ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın təmin olunmasında əsas rol oynadığını bildirib.

    Arif Əkbərov təqdimatında vətəndaşların göndərişləri necə əldə etməsi, elektron göndərişlərin tətbiqi mexanizmi, eləcə də təcili və təxirəsalınmaz hallarda özəl tibb müəssisələrinə yönləndirmə prosedurları barədə ətraflı məlumat verib. O qeyd edib ki, özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına xidmət göstərilməsi yalnız Agentlik tərəfindən təsdiqlənmiş göndəriş əsasında mümkündür.

    Şöbə müdiri bildirib ki, göndərişlər ən geci 24 saat ərzində təsdiqlənir və vətəndaşa SMS kod göndərilir. Kodun təqdim olunmasından sonra pasiyent tibbi xidməti almaq üçün istədiyi özəl tibb müəssisəsini sərbəst şəkildə seçə bilər. Bu mexanizm həm şəffaflığı artırır, həm də pasiyentin seçim imkanlarını genişləndirir.

    Arif Əkbərov vurğulayıb ki, göndəriş sistemi təkcə vətəndaşın vaxtında ixtisaslaşmış tibbi xidmətə çıxışını təmin etmir, eyni zamanda tibbi resursların səmərəli bölgüsü və vahid qərarvermə prosesinin formalaşmasına xidmət edir.

    Onun sözlərinə görə, düzgün tətbiq olunan göndəriş mexanizmi həm tibbi xidmət keyfiyyətini yüksəldir, həm də icbari tibbi sığorta sisteminin effektivliyini artırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR