AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvan MR-nın səhiyyə naziri vəzifəsindən azad olunub

  • + A
  • - A
  • Bu gün, 15:20

    Naxçıvan MR-nın səhiyyə naziri vəzifəsindən azad olunub

    Dekabrın 1-də Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib.

    APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyulub.

    Qərar qəbul edilib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

    Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.

    Sənəd imzalandığı gündən qüvvəyə minir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR