Bu gün Laçının ad günüdür

Vaqif Abdullayev Siyasi elmlər doktoru, professor, sabiq deputat
• Qarabağın qapısı, bizi Şuşaya aparan Yolun səcdəgahı - Laçın öz beşinci qurtuluş ilini qeyd edir.
• Bu gün Laçın vüqarlı, Laçın oğullarımız öz doğma dağlarında, qayalarında vüqarla dayanıb, bu qürurlu günlərin sevincini yaşayır.
• İlan qayası, Qızılı qaya, Nərdivan qayası, Hoçaz qayası öz ecazkar sehri ilə sakinlərini ağuşuna alıb.
• Sarı Aşığın, Aşıq Abbasın, Qara Murtuza bəyin, Xosrov bəy Sultanovun, Sultan bəy Sultanovun, neçə-neşə igid oğulların, qəhrəmanların ruhu şaddır.
• Müzəffər Komandan İlham Əliyevin dəmir iradəsi, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin qəhrəmanlığı nəticəsində qovuşduğumuz Laçın öz doğma övladları ilə yanaşı, Türk-İslam dövlətlərinin də möhtəşəm diyarına çevrilib.
• Laçın tarix, sivilizasiya və mədəniyyət şəhəridir, 2025-ci ildə MDB-nin Mədəniyyət Mərkəzi elan edilməsi də bunu təsdiq edir.
• Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sonsuz sevgi ilə söylədiyi “Ay Laçın, can Laçın. Mən sənə qurban, Laçın” şeiri bu torpağa olan ülvi məhəbbətin rəmzidir.
• Bu əlamətdar gün münasibətilə Laçınlıları və Azərbaycan xalqını təbrik edirəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.