AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biləsuvarda su təchizatı ilə bağlı qanun pozuntuları aşkarlanıb

  • + A
  • - A
  • Bu gün, 11:31

    Biləsuvarda su təchizatı ilə bağlı qanun pozuntuları aşkarlanıb


    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Biləsuvar rayonunda su təchizatı sahəsində qanun pozuntuları müəyyən edib. Agentlik Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə apardığı nəzarət tədbirləri nəticəsində “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə uyğunsuzluqları aradan qaldırmaq üçün icrası məcburi göstəriş verib.

    Agentlik təbii inhisar subyektlərinin — o cümlədən su təchizatı ilə məşğul olan qurumların — Rəqabət Məcəlləsinə uyğun fəaliyyətinə nəzarət edir. Biləsuvar sakinlərinin müraciətlərindən sonra aparılan araşdırmalar zamanı su təchizatının daha effektiv və qanunlara tam uyğun qurulması üçün əlavə tədbirlərə ehtiyac olduğu müəyyən olunub.

    Araşdırma nəticəsində məlum olub ki, “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin bir sıra inzibati və texniki fəaliyyətləri qanunvericiliyin tələblərinə tam uyğun deyil. Bu səbəbdən quruma ölkə üzrə, o cümlədən Biləsuvarda su təchizatını qanunlara uyğun təşkil etmək, tarifləri düzgün tətbiq etmək və istehlakçıların hüquqlarını qorumaqla bağlı məcburi göstəriş verilib.

    Göstərişdə su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin şəffaflaşdırılması, texniki infrastrukturun mərhələli şəkildə yenilənməsi kimi tələblər də yer alır.

    Agentlik və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi prosesə nəzarəti davam etdirəcək və su təchizatının keyfiyyətinin yüksəldilməsi üçün birgə tədbirlər görəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR