AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: Media subyektlərinə 5 illik vergi güzəşti tətbiq olunsun

  • + A
  • - A
  • Bu gün, 13:13

    Deputat: Media subyektlərinə 5 illik vergi güzəşti tətbiq olunsun


    Əgər media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq olunursa, TV və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olardı.

    Bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Elçin Mirzəbəyli deyib.

    O bildirib ki, bu sıraya, uyğun bilindiyi halda texniki avadanlıqların alınması üçün rüsum güzəştləri, media subyektləri üçün mənfəət vergisinin müvəqqəti azaldılması və ya ilk 5 il məhdudlaşdırılmış güzəşt tətbiqi çox mühüm dəstək mexanizmi ola bilər.

    "Bu həm də sözügedən sahəyə investisiya imkanlarının artırılması deməkdir. Eyni zamanda, qənaətimə görə, xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə cəlb olunmalıdırlar. Yerli medianın qorunması və bərabər rəqabəti təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq olunmalı,"TikTok", "Meta", "Google" və digər qlobal resurslar qarşısında yerli təsisçi və ya nümayəndəlik, yerli server və təmsilçilik açmaq açmaq öhdəliyi qoyulmalı, eləcə onlardan uşaq-kontent qaydalarına riayət edilməsi tələb olunmalıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR