AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeronda xəstə qəbulu sadələşdirildi: “Həkimdən həkimə yönləndirmə” xidməti istifadəyə verildi

  • + A
  • - A
  • 8-12-2025, 14:10

    Abşeronda xəstə qəbulu sadələşdirildi: “Həkimdən həkimə yönləndirmə” xidməti istifadəyə verildi

    Abşeron Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərin müraciət prosesini daha rahat və operativ etmək məqsədilə qeydiyyat bölməsində yeni “Həkimdən həkimə yönləndirmə” xidməti istifadəyə verilib.

    Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda keçirilən təlimdə məlumat verib.

    Z. Ədilovanın sözlərinə görə, yeni sistem vətəndaşların elektron növbə götürmədən bir həkimdən digər ixtisaslı həkimin qəbuluna birbaşa keçməsinə imkan yaradır:

    “Xidmət xüsusilə fizioterapiya göndərişlərində daha geniş tətbiq olunur. Vətəndaş əvvəlcə elektron növbə ilə ixtisaslı həkimin qəbuluna daxil olur. Əgər həkim pasiyenti fizioterapiyaya yönləndirirsə, o, yenidən qeydiyyat və növbə proseslərindən keçmədən birbaşa yönləndirmə masasından xidmətə göndərilir.

    Eyni zamanda, ilkin müayinə aparan həkim pasiyenti başqa bir mütəxəssisə yönləndirəcəyi halda da elektron növbəyə ehtiyac qalmır. Xəstə sadəcə yönləndirmə masasına yaxınlaşaraq növbəti həkimin qəbuluna operativ şəkildə keçid edir”.

    Departament rəhbəri vurğulayıb ki, bu yenilik xəstəxanada müraciət prosesinin optimallaşdırılmasına, vətəndaşların vaxt itkisini minimuma endirməyə və tibbi xidmətin daha səmərəli təşkilinə şərait yaradacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR