“Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda keçirilən təlimdə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu qurumun 2025-ci ilin ilk 11 ayı ərzində media ilə əməkdaşlıq istiqamətində gördüyü işlər barədə məlumat verib.
Onun sözlərinə görə, bu dövrdə müxtəlif media subyektlərindən şöbəyə ümumilikdə 5 060 media sorğusu daxil olub:
“4 953 sorğu operativ şəkildə cavablandırılıb, 107 sorğu isə TƏBİB-in səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara yönləndirilib”.
Elnur Hidayətoğlu bildirib ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti tərəfindən həm əhalinin, həm də tibb işçilərinin maarifləndirilməsi məqsədilə 22 maarifləndirici layihə və 8 videolayihə icra olunub.
O əlavə edib ki, gələn il media ilə daha sıx inteqrasiya, müxtəlif media qurumları ilə strateji tərəfdaşlıq və yeni birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.