Təməlimsən, bünövrəm ― dünənimdə YAP(ımsan)

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası saf, təmiz hislər üzərində qurulan bir partiyadır. Ulu öndər hakimiyyəti Peyğəmbərlərin hakimiyyətinin davamıdır. 10 il (1993-2003) ərzində ulu öndər Azərbaycanın gələcəyi üçün bütün sahələr üzrə əsas təməli qoydu. Bu 10 il çox uğurlu və zəngin illər oldu Azərbaycan üçün. Azərbaycan xalqı çox böyük xalqdır, seçdiyi liderindən bunu aydın bilmək olur. Kim ki, xalqımız haqqında mənfi danışır, birmənalı olaraq yanılır, xalqımız müdrik xalqdır. Heydər Əliyev münəzzəh şəxsiyyət idi, o yalnız xalq üçün yaşayıb bütöv bir ömrünü (özünü dərk etdiyi, yeniyetməlik yaşından).
YAP
Odlar yurdun məbədi, ocağısan, əziz YAP!
Gedəcəkdir əbədi zirvələrə bu etap.
Dövlətimiz quruldu dünya bilir əlinlə,
Düşmənimiz qovuldu (yumruğunla) əqlinlə.
Qarabağa yol aldın, Cıdır düzü ― Şuşada:
Sən dünyaya səs saldın dəstgahınla ― segahda!
Əmin ol ki, köksümdə bu qəlb sənlə öyünür,
O saf, təmiz əzminlə, bir eşq ilə döyünür.
Təməlimsən, bünövrəm ― dünənimdə YAP(ımsan),
Bugünümdə sabahım, behiştə yol ― qapımsan.
Səninlədir cənnətin taleyimə vizası,
Qismətimə yön verən ulu öndər imzası!
Mir Cəlal Mehdiyev
O, yeniyetməlik yaşından çalışmağa başlayıb ailəsinə, cəmiyyətə dəstək olub. Bu cür, bu həddə fədakar ancaq müqəddəs insanlar ola bilər. Bir azərbaycanlı kimi onunla qürur hissi keçirməmək mümkün deyil. Onun çıxlşlarının hamısı müstəsnadır, insan onu saatlarla dinləyir, yorulmur, bütün çıxışlarında ciddi bir məzmun var, məna, məntiq zənciri əsla qırılmır, 2 saat danışsa belə, 3-cü dəqiqədə danışdıqları, 110-cü dəqiqədə danışdıqlarıyla elə üst-üstə düşür ki, sanki çox uğurlu bir filmin ssenarisidir, zərrə qədər haşiyədən kənar çıxmır. Heydər Əliyev uca bir zirvədir, onun haqqında danışmaq məsuliyyət yaradır xoş söz olsa belə, insan özünü o həddə, o cür danışmağa layiq görmür çox zaman. Bütün yeni nəsillər köhnə nəsillərə biixtiyar olaraq borculudurlar, hər şey ― bugünkü xoş güzəran onların çiyinlərində gəlir, təbii olaraq təslim olur insan, sevgi hissələri baş qaldırır, Onun kimi dahi insanlara qarşı. "Nobel" mükafatı alan bütün alimlər özlərindən öncəki elm adamlarına borclu olduqlarını deyirlər, bu, həyatın bütün sahələrində belədir.
Mir Cəlal Mehdiyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.