AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən Şamaxının Meysəri kənd yolunda sürüşmənin fəsadları aradan qaldırıldı

  • + A
  • - A
  • Dünən, 18:25

    AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən  Şamaxının Meysəri kənd yolunda sürüşmənin fəsadları aradan qaldırıldı

    Yağan intensiv yağışlar nəticəsində Şamaxı rayonunun Meysəri kənd yolunda, yolun çiyin hissəsində sürüşmə qeydə alınıb. Yaranmış vəziyyətlə bağlı AAYDA nəzdində fəaliyyət göstərən 19 saylı Xüsusi Yol İstismarı MMC tərəfindən operativ şəkildə təmir-bərpa işlərinə başlanılıb.
    Qurumdan Azadmedia.az-a verilən məlumata görə, qısa müddət ərzində zəruri tədbirlər görülüb və yolun problemli hissəsində aparılan bərpa işləri artıq tam yekunlaşıb. Hazırda yolda hərəkət təhlükəsizliyi tam təmin edilib.
    Məlumatda vurğulanır ki, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı yol təsərrüfatında yaranan problemlərə hər zaman operativ yanaşması ilə seçilir. Onun rəhbərliyi altında kollektiv fövqəladə hava şəraitində belə yol infrastrukturunun fasiləsizliyinin qorunmasını əsas prioritet kimi qəbul edir.
    Qeyd edək ki, yol infrastrukturunun qorunması və təhlükəsizliyin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə aidiyyəti qurumlar tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR