AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan da Əliyevə zəng etdi

  • + A
  • - A
  • 24-12-2025, 16:24

    Ərdoğan da Əliyevə zəng etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

    Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Türkiyə Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.

    Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.

    Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR