AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xırdalanda ağacların kəsilməsi araşdırıldı, məsul şəxs cərimələndi

  • + A
  • - A
  • Dünən, 12:16

    Xırdalanda ağacların kəsilməsi araşdırıldı, məsul şəxs cərimələndi

    Səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yol kənarında ağacların kəsilməsi ilə bağlı ictimaiyyətə məlumat vermişdik. Məsələ ilə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən rəsmi açıqlama verilib.
    Qurumun Azadmedia.az-a verdiyi məlumata görə, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında – yeni tikilmiş yaşayış binasının qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
    Araşdırma zamanı müəyyən edilib ki, ağaclar yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılarkən, tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsilib. Fakt təsdiqini tapdıqdan sonra həmin şəxs barəsində akt və inzibati protokol tərtib olunub.
    İdarənin rəisi Asif Məcidovun verdiyi məlumata əsasən, Vüsal Fərzəliyev vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilib və ona 13 250 manat məbləğində cərimə və dəymiş ekoloji ziyana görə sanksiya tətbiq olunub.
    Qeyd edək ki, son illər şəhər ərazilərində ağacların qanunsuz kəsilməsi halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə ölkəmizin COP29 kimi beynəlxalq ekoloji tədbirə ev sahibliyi etdiyi bir dövrdə yaşıllıqların qorunması məsələsi daha böyük məsuliyyət tələb edir. Belə halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin gücləndirilməsi və ictimai nəzarətin artırılması vacibdir



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR