AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AYNA: Bayram günlərində 90 minə yaxın sərnişin daşınıb

  • + A
  • - A
  • Dünən, 12:32

    AYNA: Bayram günlərində 90 minə yaxın sərnişin daşınıb


    2025-ci il dekabrın 29-dan bu il yanvar 4-dək Bakıdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə təxminən 90 000 sərnişin daşınıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xəbər verir.

    Məlumata əsasən, bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1 834 reys həyata keçirilib, 52 410 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

    Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib.

    Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 3672 reyslə 37194 sərnişin daşınıb.

    Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Ümumilikdə sərnişinlərin 50%-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir.

    Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR