AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ETX “Instagram”da sürücülük vəsiqələrinin qanunsuz paylaşılmasına qarşı tədbir gördü

  • + A
  • - A
  • 13-01-2026, 14:55

    ETX “Instagram”da sürücülük vəsiqələrinin qanunsuz paylaşılmasına qarşı tədbir gördü

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Instagram” sosial şəbəkəsində vətəndaşların fərdi məlumatlarının qanunsuz yayılması ilə bağlı tədbirlər həyata keçirib.
    ETX-nin apardığı monitorinqlər zamanı sürücülük təlimi ilə məşğul olan bəzi şəxslərin reklam məqsədilə üç mindən çox fiziki şəxsə məxsus sürücülük vəsiqəsini açıq şəkildə paylaşdığı müəyyən edilib. Bu cür paylaşımların vətəndaşların şəxsi məlumatlarının üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı bildirilib.
    Müəyyən edilən faktlarla bağlı ETX tərəfindən müvafiq “Instagram” səhifələrinin inzibatçılarına rəsmi müraciətlər ünvanlanıb. Müraciətlərdə qanunsuz paylaşımların dərhal silinməsi, eləcə də bu halların təkrarlanmaması üçün texniki və təşkilati tədbirlərin görülməsi tələb olunub. Görülən tədbirlər nəticəsində sürücülük vəsiqələrinin paylaşımı aradan qaldırılıb.
    Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edərək bildirir ki, sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılması ciddi təhlükə yaradır. Belə məlumatlar yalnız səlahiyyətli və etibarlı qurumlara təqdim edilməli, qanun pozuntusu halları ilə rastlaşıldıqda isə dərhal ETX-yə məlumat verilməlidir.
    Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə və müəssisələrə xəbərdarlıq olunub ki, vətəndaşların rəsmi sənədlərinin sosial şəbəkələrdə paylaşılması yolverilməzdir və “Fərdi məlumatlar haqqında” qanunvericiliyin tələblərinə ciddi riayət edilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR