AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AAYDA 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC Şamaxı yollarında fasiləsiz tədbirlər görür

  • + A
  • - A
  • 15-01-2026, 12:10

    AAYDA 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC Şamaxı yollarında fasiləsiz tədbirlər görür

    15 yanvar tarixində hava şəraitinin kəskin dəyişməsi və temperaturun mənfi 3 dərəcəyədək enməsi Şamaxı rayonu ərazisində avtomobil yollarında xüsusi tədbirlərin görülməsini zəruri edib. Şamaxı–Əngəxaran–Çuxuryurd avtomobil yolunda yaranan şaxtalı hava şəraiti ilə əlaqədar olaraq operativ tədbirlər həyata keçirilir.
    Bu barədə Azadmedia.az-a AAYDA nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sahə rəisi Şahin Rəcəbov məlumat verib. Onun sözlərinə görə, quruma məxsus xüsusi texnika və peşəkar heyət tərəfindən yol örtüyünə qum-duz qarışığı səpilir, bununla da avtomobillərin təhlükəsiz və sərbəst hərəkəti təmin olunur.
    Şahin Rəcəbov bildirib ki, yol təsərrüfatında vəziyyət növbəli şəkildə sutka ərzində nəzarətdə saxlanılır, hava şəraitindən asılı olaraq tədbirlər fasiləsiz davam etdirilir. Məqsəd sürücülər üçün riskləri minimuma endirmək və nəqliyyatın normal axınını qorumaqdır.
    Qeyd edilib ki, oxşar tədbirlər Şamaxı–Nağaraxana və Şamaxı–Avaxır avtomobil yollarında da həyata keçirilir. Hər iki istiqamətdə yolların buz bağlamasının qarşısının alınması üçün texnika və işçi qüvvəsi cəlb olunub.
    AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı isə görülən işləri şəxsi nəzarətində saxlayır. Rəhbərlik tərəfindən əsas prioritet kimi vətəndaş məmnuniyyəti, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi və fasiləsiz nəqliyyat təminatı müəyyən edilib.
    Qurum sürücülərə hava şəraitini nəzərə alaraq diqqətli olmaları, qış mövsümünə uyğun avtomobillərdən istifadə etmələri və yol xidmətlərinin tövsiyələrinə əməl etmələri barədə də çağırış edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR