AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ”-“Ayntraxt” oyununun biletləri satışda

  • + A
  • - A
  • 15-01-2026, 17:37

    “Qarabağ”-“Ayntraxt” oyununun biletləri satışda

    UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununun biletləri satışa çıxır.

    Bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

    Biletlər 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.

    Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN;

    VIP sektorlar: 200, 250, 300 və 400 AZN;

    VVIP sektorlar: 1000 AZN.

    Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

    Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın.

    Xatırladaq ki, “Qarabağ” - “Ayntraxt” matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR