Masallı rayonunun bəzi kəndlərində qaz kəsiləcək.
Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, rayonun Öncəqala kəndində yerləşən orta məktəbə təbii qazın verilməsi ilə əlaqədar olaraq, Masallı qaz paylayıcı stansiyasından qidalanan Öncəqala və Hüseynhacılı kəndləri daxil olmaqla, ümumilikdə təxminən 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
“Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik”, - deyə məlumatda qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.