H.İsaxanlının qizına vəzifə verildi

Ülkər İsayeva Xəzər Universitetinə prorektor təyin edilib
AzadMedia.az xəbər verir ki, Xəzər Universitetində yeni kadr təyinatı həyata keçirilib. Ülkər İsayeva universitetin Elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ülkər İsayeva Xəzər Universitetinin təsisçisi, tanınmış alim və ictimai xadim Hamlet İsaxanlının qızıdır. O, bundan əvvəl də akademik və elmi fəaliyyət sahəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
Yeni təyinatın universitetdə elmi tədqiqatların inkişafına və beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.