AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatdan 20 Yanvar hadisələri ilə bağlı təsirli paylaşım

  • + A
  • - A
  • 20-01-2026, 20:04

    Deputatdan 20 Yanvar hadisələri ilə bağlı təsirli paylaşım

    Milli Məclisin deputatı Sahib Alıyev 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşıb edib.
    Deputat bildirib ki, 36 il əvvəl SSRİ-nin güc strukturlarının Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələr barədə o, Moskvada olarkən xəbər tutub. Həmin dövrdə tələbə olduğunu qeyd edən Sahib Alıyev bu gün Milli Məclisdəki həmkarları ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edərkən həmin günləri xatırladığını vurğulayıb.

    Onun sözlərinə görə, dinc əhaliyə qarşı qoşun yeridilməsinə görə məsuliyyət daşıyanlara qarşı qəzəb və nifrət hissi bu gün də dəyişməz olaraq qalır. Bununla belə, o dövrdə yaşadığı acizlik hissinin artıq yerini qürura verdiyini bildirib.
    Sahib Alıyev xatırladıb ki, 20 Yanvar faciəsini törədənlər qarşılarına qoyduqları məqsədə çata bilməyiblər:

    “Xalqımızı sındırmaq mümkün olmadı. SSRİ-nin müdafiə naziri Dmitri Ustinov sonradan verdiyi müsahibələrdə Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün qoşun yeridildiyini etiraf etmişdi. Lakin buna nail ola bilmədilər.”

    Deputat vurğulayıb ki, 36 il əvvəl küçələrində qan tökülən Bakı bu gün müstəqil Azərbaycanın paytaxtıdır və ildən-ilə gücü, beynəlxalq nüfuzu artan, öz torpaqları üzərində suverenliyini tam təmin etmiş dövlətin mərkəzi kimi inkişafını davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR