AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi qarlı yollarda hərəkəti bərpa edir

  • + A
  • - A
  • 21-01-2026, 12:02

    "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi  qarlı yollarda hərəkəti bərpa edir

    Şamaxıda yağan güclü qar və şaxtalı hava bir sıra yolların buzlaşmasına səbəb olub.

    "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti Şamaxı rayonunun Kürdəmic kəndi, Şəhriyar qəsəbəsi və Kələxana kənd yollarında yolları qardan təmizləyir. Sürücülərin və sakinlərin təhlükəsiz hərəkəti üçün yollara qum və duz məhlulları səpilir.

    İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, texnika və işçi heyəti buzlu yollarda fasiləsiz olaraq intensiv çalışır. Nəqliyyat vasitələrinin hərəkətində heç bir porblem yoxdur.

    Gecə saatlarında güclü külək əsdiyindən Şamaxı rayonu Əhmədli Hazır kənd yolu da bağlanıb. Dərhal yola qum və duz səpilib. Yollar qardan təmizlənib.
    Həmçinin idarənin əməkdaşları Şamaxı rayonunun Avaxıl kən yollarında da buzlaşmanı aradan qaldırır. Sürücü və piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunur. Göründüyü kimi, adıçəkilən yollarda avtomobillərin hərəkəti bərpa olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR