Şamaxının Əngəxaran-Məlhəm- Nağaraxanakənd yolunda yaranan buzlaşmanı aradan qaldırmaq üçün "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti və texnikası yollarda təmzilik işləri aparır. Artıq yollarda avtomobillərin hərəkəti üçün heç bir məhdudiyyət yoxdur. İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, texnika və işçi heyəti buzlu yollarda fasiləsiz olaraq intensiv çalışır. Nəqliyyat vasitələrinin hərəkətində heç bir porblem yoxdur