Türkiyənin diplomatik mənbəyi bazar ertəsi günü Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında ABŞ-ın İrana hücumu ilə bağlı vəziyyət müzakirə olunacaq.
Mənbə bildirib ki, "Nazirlər Kabinetinin iclasında ABŞ-ın İrana hücum təhdidləri, eləcə də regiondakı son hadisələr müzakirə olunacaq. Hərbi müdaxiləyə qarşı olan və diplomatiya və dialoqu dəstəkləyən Türkiyənin mövqeyi bir daha təkrarlanacaq".
Mənbənin sözlərinə görə, bu kontekstdə Türkiyə nazirləri İranın xarici işlər naziri Abbas Əraqçinin həftəsonu İstanbula səfərinin nəticələrini, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşlərini, eləcə də sonuncunun ABŞ və İran prezidentləri ilə telefon danışıqlarını müzakirə edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.