AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

  • + A
  • - A
  • Bu gün, 14:43

    Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

    Gəncədə yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

    "Report"un Qərb bürosunun məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, idman ictimaiyyətinin nümayəndələri və Azərbaycan güləşinin tanınmış simaları iştirak ediblər.

    Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı bu gün start götürüb. Yarış fevralın 7-dək davam edəcək.

    Qeyd edək ki, fevralın 8-də qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, həmçinin 9-13 fevralda eyni məkanda yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı da baş tutacaq. Görüşlər hər gün 10:00-da start götürəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR