AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İ.Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ali dəyərdir.

  • + A
  • - A
  • Bu gün, 16:48

    Prezident İ.Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi  ali dəyərdir.

    Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondunun “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi möhtəşəm sülh quruculuğu xidmətlərinə verilən ali dəyərdir.
    O, Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna və “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına nail olduğuna görə, mükafatla təltif olunur.

    Bu, dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirən həmin müqavilə qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyətdir. Bu nailiyyətərin müəllifi İlham Əliyevin əvəzounmaz xidmətləri isə qlobal sülh üçün yaxşı nümunədir.

    Azərbaycan Prezidentinin sülh diplomatiyası sahəsindəki misilsiz nailiyyətləri birmənalıl olaraq onu ehtiva edir ki, müasir dünya nizamında heç bir beynəlxalq təşkilatın, siyasi-hərbi dəstəyin olmadığı şəraitdə təkbaşına hərb meydanında sarsılmaz qələbə qazanmaq və BMT-nin kağız üzərində qalmış qətnamələrini icra etmək, bu hərbi-siyasi legitim aktı dayanıqlı sülhə çevirmək hər liderə nəsib olmur.
    Azərbaycan dünya üçün digər bir gerçəkliyi təqdim etdi, öz torpaqlarını azad etməklə, həm də dünyada yeni geosiyasi tarazlıq modelini - haqqın, ədalətin, ləyaqətin düsturunu formalaşdırdı.

    Azərbaycanın lideri son bir il ərzində yorulmaz fədakarlığı, heyrətamiz diplomatiyası ilə bütün region, yaxın və uzaq coğrafiyaları birgə əməkdaşlıq, həmrəylik körpüsündə daha sıx birləşdirdi, enerji, nəqliyyat, logistika, kommunikasiya ailəsini möhkəmləndirdi. Bu təşəbbüskarlıq arxitekturasının növbəti təməli 2025-ci ilin avqust ayında Vaşinqton qoyuldu, sülh sazişinin paraflanması ilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması və geridönməz sülhə qapısına ayaq qoyması demək idi.

    İlham Əliyevin xoşməramlı şərtlər toplusu və sülh proqramı bölgədəki bütün ölkələrin və xalqların rifahına xidmət edən yeni iqtisadi-humanitar plataforma kimi təqdir olunur.

    Bu mükafat diplomatik uğurun simvolu olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın Ali Liderinin qlobal təsisatlara, beynəlxalq siyasi auditoriyaya qəbul etdirdiyi sülh gündəliyinin gerçəkliyi – dünyanın barışdığı sülh manifestidir.

    Vaqif Abdullayev siyasi elmlər doktoru, professor sabiq deputat


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR