Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
“Azadmedia.az” xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib.
İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.