AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elmin Süni İntellekt epoxası

  • + A
  • - A
  • 8-02-2026, 15:21

    Elmin Süni İntellekt epoxası


    Bakı, 8 devral — Azadmedia.az

    Süni intellektin son illərdə inkişafı onun tətbiq sahələrini
    daha da genişləndirib.
    Bəşəriyyət həyatını köklü şəraitdə dəyişəcək, rifah dövrünün başlanğıcını qoyaraq süni intellekt yaxın on il ərzində ümumi intellekt səviyyəsinə çatacaq. Mütəxəssislərin araşdırmasına görə ümumi süni intellekt — insan beyninin səviyyəsində yaxud ondan da yuxarı intellektual tapşırıqları yerinə yetirə bilən hipotetik sistemdir. Yeniliyə açıq tədqiqatçı alimlər bu sahədə olan maraqlı araşdırmalarını daha qlobal və beynəlxalq şəkildə edir.
    Biz də komandamızla birgə bir neçə aydır başladığımız jurnal tərtibatını yekunlaşdırdıq və jurnalımızın nəşrini Fevral ayının ilk həftəsi Lütvi Zadənin doğum gününə həsr etdik. Süni Intellekt və Texniki elmlər (Artificial Intelligence and Technical Sciences) AITS adlı jurnalımızı elmi ictimaiyyətə təqdim etdik. Müasir tələblərə uyğun olan jurnalımız həm də 2025-ci ilin yayında başladığımız bir layihənin davamı kimi oldu. Keçən il MetaWay şirkəti ilə birlikdə
    Shusha Scientific Journal (SSJ) təsis etməklə elmi tədqiqatları dərc etdik. Təqdimat elmi və səmimi bir ortamda olduğundan hər bir tədqiqatçı alim öz tövsiyyələrini verərək jurnalın işinə müvəffəqiyyət arzuladı. Jurnalda süni intellekt, texniki elmlər və mühəndislik sahələri üzrə elmi tədqiqatların dərc edilməsi və beynəlxalq elmi müzakirələrin genişləndirilməsi nəzərdə tutulub.
    Tədbirin moderatoru Fizika İnstitutunun doktorantı Amidə Sadıqova tədbir iştirakçılarını salamlayaraq sözü jurnal haqqında sayt üzərindən ətraflı izahı üçün Xəzər Universitetinin riyaziyyat kafedrasının müəllimi, Fizika Istitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Səidə Məmmədovaya verib. Məruzəçilər AR Əqli Mülkiyyət Agentliyinin Əqli Mülkiyyət siyasəti və təhlili şöbəsinin müdiri Nəcəf Quliyev, BMU-nin ingilis dili kafedrasının müdiri dos.Nərminə Əliyeva,Elm və Təhsil Nazirliyi "Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru, həmçinin Shusha Scientific Journal
    (SSJ ) jurnalının həmtəsisçisi, redaktoru Böyükağa Mikayıllı,
    Riyaziyyat İnstitutu,prof. Hamlet Quliyev, AMEA Ədəbiyyat İnstitutu, Filologiya üzrə elmlər doktoru,prof.Əlizadə Əsgərli, AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov,
    Fizika İnstitutu dosent Rüstəm Rüstəmov, fizika üzrə elmlər doktoru Rəhim Ələkbərov, fizika üzrə elmlər doktoru,prof. Vüqar Əliyev jurnal haqqında öz fikirlərini və tövsiyyələrini bildiriblər. MetaWay şirkətinin direktoru, AITS jurnalın həmtəsisçisi Mehriban Məlikova çıxış edərək bildirib ki, aparılan bütün səylər jurnalın impakt faktorunun artmasına yönəlib.
    Biz xaricdən və yerli redaksiya heyətindən olan professor müəllim heyətimizlə birlikdə bu jurnalın daha da yüksək indekslənməyə qalxacağına inanırıq. İnanırıq ki, texniki elmlər sahəsindən olan tədqiqat işlərinin süni intellektlə kəsişməsi daha çox tətbiq sahələrinə gətirəcək. Bu da həm elmi, həm pedoqoji, eləcə də mühəndislik sahələri üçün daha faydalı olacaq. Elmimiz üçün, dövlətimiz üçün xeyirli uğurlu olsun.Tədbirimiz məkan olaraq AMEA nin Mərkəzi Elmi Kitabxanasında(MEK) keçirilib. Təsisçilər təqdimatın keçirilməsinə göstərdikləri köməkliyə görə AMEA və MEK rəhbərliyinə xüsusi minnətdarlığını bildiriblər.

    Journal of Artifical Intelligence and Technical Sciences https://share.google/N6kWLtqhxofvTcDsx

    Dosent, f.f.d., Suma Hüseynova










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR