AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peşekian: İran müharibə etmək istəmir

  • + A
  • - A
  • Bu gün, 09:30

    Peşekian: İran müharibə etmək istəmir

    İran ABŞ ilə müharibə etmək istəmir.

    Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

    "Biz müharibə etmək istəmirik. Hesab edirəm ki, müharibəni kənara qoymalıyıq. Lakin, əgər güc tətbiq olunsa, biz təslim olmayacağıq", - o deyib.

    Pezeşkian ölkənin daxili məsələlərinə də münasibət bildirib. O, qeyd edib ki, İranın bir sıra bölgələrində problemlər - ədalətsizliklər mövcuddur. Lakin hakimiyyət problemləri aradan qaldırmağa çalışır: "Əlbəttə, bunlar bir gecədə həll edilə biləcək problemlər deyil".

    Pezeşkian həmçinin İran cəmiyyətinin böyük təzyiq altında olduğunu və buna görə də "yaralı" olduğunu bildirib. Prezident əlavə edib ki, ziyalılar, sosioloqlar, sahibkarlar, dini liderlər və cəmiyyətdəki digər aparıcı ictimai xadimlər bu təzyiqi azaltmaq üçün birlikdə çalışmalıdırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR