AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri işdən çıxarılıb

  • + A
  • - A
  • 23-02-2026, 16:02

    Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri işdən çıxarılıb

    Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası (MR) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

    "Report"un yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.

    Digər bir sərəncamla isə həmin vəzifənin müvəqqəti icrası Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib.

    Qeyd edək ki, Elnur İbrahimov 2023-cü il mayın 2-də "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin direktoru təyin edilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR