AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçayda məskunlaşmış Xocalı sakinləri ziyarət edilib

  • + A
  • - A
  • 25-02-2026, 10:56

    Göyçayda məskunlaşmış Xocalı sakinləri ziyarət edilib

    Göyçay rayonunda məskunlaşmış Xocalı sakinləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ziyarət olunub. Anım tədbiri çərçivəsində rayon rəhbərliyi faciə qurbanlarının ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.
    Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, YAP rayon təşkilatının sədri və rayon Polis Şöbəsinin rəisi iştirak ediblər. Görüş zamanı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamlı olduğu vurğulanıb.
    Çıxış edənlər bildiriblər ki, xalqımız Xocalı faciəsini heç vaxt unutmur və bu qanlı hadisənin qurbanlarının xatirəsi daim uca tutulur. Şəhid ailələri ilə səmimi söhbət aparılıb, onların sosial vəziyyəti və ehtiyacları ilə maraqlanılıb.
    Sonda Uca Tanrıdan şəhidlərimizə rəhmət, ailələrinə güc və səbr dilənib, Xocalı şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR