AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının akt zalında Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

  • + A
  • - A
  • Dünən, 10:18


    Bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının akt zalında Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.





    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Xocalı qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Xəstəxananın direktoru E. Bilalov çıxış edərək 1992-ci ilin faciəvi hadisələrini xatırlatdı, Xocalı həqiqətlərinin hər zaman yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulanıb.
    İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Elvira Cavadova çıxışında Xocalı soyqırımının tarixi əhəmiyyəti barədə danışaraq, bu faciənin xalqımızın yaddaşında silinməz iz buraxdığını qeyd edib.
    Hüquqşünas Əliabbas Abdulxalıqov isə beynəlxalq hüquq çərçivəsində Xocalı faciəsinə verilən qiymət və ədalətin təmin olunmasının əhəmiyyətindən bəhs edib.
    Sonda Xocalı hadisələrini əks etdirən videoçarx nümayiş olunub.

    🕯 Allah bütün şəhidlərimizə rəhmət eləsin.
    Xocalını unutmadıq, unutmayacağıq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR