AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhlükəsizlik, Sabitlik və Sülh – Əsas Prioritetimiz

  • + A
  • - A
  • 1-03-2026, 19:26

    Təhlükəsizlik, Sabitlik və Sülh – Əsas Prioritetimiz

    Güloğlan Cabbarlı : İranın Amerika və İsrail tərəfindən bombalanması, eləcə də ali dini rəhbərin öldürülməsi qəbuledilməzdir. Biz sülhsevər bir ölkə, illərlə işğal və zülmə məruz qalmış, bir milyondan çox qaçqın və məcburi köçkünü olan bir xalq kimi bunu sərt şəkildə qınayırıq.

    Baxmayaraq ki, həmin işğal dövründə cənub qonşumuz bizə qarşı heç bir açıq mövqe nümayiş etdirmədi, yanımızda dayanmadı, biz yenə də cənub qonşumuzda və ümumiyyətlə bölgədə bu acımasız qarşıdurmanın tezliklə başa çatmasını, hər kəsin sülh və əmin-amanlıq içində yaşamasını Uca Allahdan arzu edirik.

    Eyni zamanda unutmuruq ki, İran dövləti və rejimi uzun illər ərzində öz torpaqlarımızla gediş-gəlişimizi təmin etmək üçün cəmi 40 kilometrlik bir yol məsələsinə görə sərhədlərimizdə ardıcıl hərbi təlimlər keçirir, tez-tez manevrlər edərək dövlətimizi hədələyirdi. Doğma Naxçıvanla əlaqəmizin bərpası istiqamətində atılan addımlara qarşı sərgilənən bu sərt ritorika və təzyiq yaddaşlardan silinməyib.

    Yenə də bildiririk ki, biz heç kimin müharibə aparmasını istəmirik. Lakin xüsusilə SEPAH və ona bağlı media resurslarında, o cümlədən Səhər kanalında Azərbaycana qarşı səsləndirilən təhdid və ittihamları da unutmuruq. Öz ana torpağımıza qovuşmaq istədiyimizə görə ölkəmizə qarşı sərt və əsassız bəyanatlar səsləndirilməsi doğru deyildi.

    Bu gün bölgədə baş verənlər bir daha göstərir ki, qarşılıqlı təhdid və aqressiv ritorika heç kimə fayda gətirmir. Ən doğru yol sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətləridir.

    Allah o taylı-bu taylı Azərbaycanımızı qorusun. Bizim üçün əsas olan ölkəmizin təhlükəsizliyi, sabitliyi və milli maraqlarıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR